Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistrantlarımız BBC rəsmiləri ilə görüşüblər

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman jurnalistikası” magistr proqramının tələbələri BBC Teleradio Şirkətinin Mançester şəhərində yerləşən baş ofisində “BBC Sport”un baş produseri Helen Braunla görüşüblər. Görüş zamanı yayım şirkətinin ən son texnoloji avadanlıqlarla təchiz edilmiş studiyalarında olan tələbələr orada aparılan çəkiliş prosesini canlı izləmək imkanı qazanıblar.

Helen Braun tələbələrə “BBC Sport”un televiziya və radio işlərinin ayrı-ayrılıqda necə tənzimlənməsi, yayım materiallarının toplanması və efirə verilməsi, yayım haqqları, fərqli idman növlərinin şərhi, proqramların hazırlanma qaydası barədə ətraflı məlumat verib. Bundan başqa, tələbələr TV və radio yayımını həyata keçirən texniki heyət, həmçinin şərhçilərdən ibarət “BBC Sport”un müxtəlif komandaları ilə görüşərək onların iş prosesi ilə yaxından tanış olub, ətraflı məlumat alıblar.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər