Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Nümayəndə heyətimiz səfirimizlə görüşüb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev, Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, UCL-in professoru, ASAPES-in “İdman tibbi və reabilitasiya” magistr proqramının rəhbəri Maykl Pol Luzmor, ASAPES-in akademik heyəti və “İdman Tibbi və Reabilitasiya” və “İdman Menecmenti” magistr proqramları üzrə təhsil alan tələbələri Azərbaycan Respiblikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanovla görüşüblər.

Görüş zamanı hər iki magistr proqramı çərçivəsində əməkdaşlıq edilən Birləşmiş Krallıq universitetləri və tədrisin təşkili ilə bağlı görülən işlər barədə səfirlə fikir mübadiləsi aparılıb.

#ASAPES #İdmanAkademiyası #Sportrehabilitation #Sportmanagement #İdmantibbi #İdmanmenecmenti #İdman #Tibb #Menecment

Xəbərlər