Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də magistrlik dissertasiyalarının müdafiəsi keçirilir

İyunun 16-dan etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) magistratura səviyyəsinin II tədris ilində təhsil alan magistrantların dissertasiyalarının müdafiəsinə başlanılıb. Müdafiə İxtisaslaşdırılmış Şura üzvləri tərəfindən aparılır.

Magistrlik dissertasiyalarının müdafiəsi Akademiyanın konfrans zalında video və fotoçəkiliş aparılmaqla təsdiq olunmuş qrafikə uyğun olaraq təşkil edilib. Magistrantlar tədqiqat apardıqları mövzular üzrə geniş məruzələr edir, verilən sualları ətraflı cavablandırırlar. Hazırda dissertasiyaların müdafiəsi prosesi uğurla davam edir.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər