Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz London Tennis Akademiyasında olublar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həkimlər üçün “İdman Tibbi və Reabilitasiya” magistr proqramının tələbələri London Tennis Assosiasiyasında olublar. Səfər zamanı Assosiasiyanın baş həkimi doktor Polli Beyker ilə görüş də keçirilib.

Doktor Beyker magistrantlara tennis yarışları üçün tibbi xidmətin təşkili, tennis idman növü üçün spesifik olan zədələr, onların qarşısının alınması və reabilitasiyası haqqında ətraflı məlumat verib. Bundan başqa magistrantlarımız reabiltaisiya zalları və istifadə edilən avadanlıqlara da baxış keçiriblər.

Qeyd edək ki, Polly Beyker həmçinin Böyük Britaniyanın reqbi və həndbol millisi, “Arsenal” klubunun qadın komandası və “Çelsi” akademiyasının aparıcı idman tibbi və reabilitasiya üzrə mütəxəssisidir.

#ASAPES #İdmanAkdemiyası

Xəbərlər