Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz praktiki məşğələlərdə iştirak edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) həkimlər üçün “İdman tibbi və reabilitasiya” magistr proqramının tələbələri UCL və ISEH-in professoru Brus Paton ilə praktiki məşğələlərdə iştirak ediblər. Məşğələ zamanı aşağı ətrafda zədələnmələrin əmələ gəlmə səbəbləri, reabilitasiyasının mərhələləri, travmatizasiyanın qarşısının alınması və aktiv idmana geridönüş meyarları müzakirə edilib.

Məlumat üçün bildirək ki, Brus Paton “İdman və fiziki fəaliyyət” üzrə fəlsəfə doktoru, UCL-­in nəzdində fəaliyyət göstərən İdman, Fİziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (ISEH) fəxri kliniki lektoru, London Kollec Universitetində (UCL) “İdman və fiziki sağlamlıq” magistr proqramının modul rəhbəri, London Kollec Universitetinin hospitalında (UCLH) “İdman və Ortopediya” şöbəsinin aparıcı fizioterapevti və “Kristal Palas” idman zədələri mərkəzinin baş fizioterapevtidir.

Brus Paton həmçinin ASAPES-də “İdman tibbi və reabilitasiya” proqramında “Aşağı ətraf zədələnmələri və onların reabilitasiyası” modulunu tədris edir.

#ASAPES #İdmanAkademiyası #Sportmedicine #UCL #ISEH

Xəbərlər