Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistrantlarımız İngiltərə İdman İnstitutunu ziyarət ediblər

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev, Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, “İdman Tibbi və Reabilitasiya” magistr proqramının direktoru, professor Maykl Luzmor və magistrantlarmız İngiltərə İdman İnstitutunu (English İnstitute of Sport) ziyarət ediblər. Məlumat üçün bildirək ki, İngiltərə İdman İnstitutu 20 ildən artıqdır ki Böyük Britaniyanın Olimpiya və Paralimpiya yığmalarının elmi, texnoloji və tibbi dəstəyini həyata keçirən aparıcı elm ocağıdır. Hazırda bu institut 40-dan çox idman federasiyası ilə əməkdaşlıq edir.

Ziyarət zamanı Böyük Britaniya Boks Federasiyası idmançılarının mulitidissiplinar komanda tərəfindən tibbi müayinələrinin təşkili, yarışöncəsi və yarışdan sonrakı yoxlamaların aparılması, təlim-məşq proqramlarının tərtib edilməsi ilə tanışlıq həyata keçirilib.

Akademiyanın rektoru F.Hacıyev Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü olaraq Böyük Britaniyanın boks yığmasının baş məşqçisi Qarri Heyl, məşqçi Riçi Vudhol, federasiyanın baş fizioterapevti, eyni zamanda ASAPES-in “Yuxarı ətrafların zədələnmələri və onların reabilitasiyası” modulu üzrə müəllimi Yan Qatt, idman psixoloqları, qidalanma mütəxəssiləri və performans üzrə təhlilçiləri ilə federasiyalar arasında əməkdaşlıq imkanlarını müzakirə edib.

Bundan başqa, “İdman Tibbi və Reabilitasiya” magistr proqramında təhsil alan tələbələrə boks idmanı üçün spesifik olan zədələr, onların qarşısının alınması və reabilitasiyası, idmançıların qidalanması və psixoloji dəstəklə bağlı ətraflı məlumat verilib.

#ASAPES #İdmanAkademiyası #EIS #SportMedicine

Xəbərlər