Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman Akademiyasının magistrantları “Emirates” stadionunda olublar

ASAPES-in “İdman Menecmenti” magistr proqramının tələbələrinin Böyük Britaniyaya səfəri başa çatmaq üzrədir. Magistranlarımız həftə ərzində “Kraliça Elizabet Olimpiya Parkı” adlandırılan və 2012-ci il London Yay Olimpiya Oyunlarının trek velosipedi üzrə yarışlarının keçirildiyi məkanda olublar. Ərazi ilə tanışlıqdan sonra tələbələrimiz Su idman mərkəzi və yüngül atletika yarışlarının keçirildiyi London Olimpiya Stadionunu ziyarət edib, infrastrukturla tanış olublar.

Bundan başqa, səfərə yollanan heyət üzvləri "Arsenal" Futbol Klubunun ev oyunlarını keçirdiyi "Emirates" stadionunun infrastrukturu ilə də tanış olmaq imkanı əldə ediblər.

Xəbərlər