Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İsveçrəli beynəlxalq ekspert ASAPES-in magistrantlarına dərs deyir

İyunun 7-dən 14-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) "İdman menecmenti” magistr proqramının birinci tədris ili tələbələrinə İsveçrənin “Applied Sciences FH GR” universitetinin İdman menecmenti üzrə professoru, “Sportanalytics” konsaltinq şirkətinin təsisçisi və rəhbəri Con Andrea Şoşer tərəfindən idman marketinqi fənni tədris olunacaq.

Qeyd edək ki, professor Con Şoşer tərəfindən "Formula 1" ərazisində və Bakı Olimpiya Stadionunda da seminarlar təşkil ediləcək. Burada "Formula 1" yarışları, təşkilatı işlər, sponsorların cəlb edilməsi, stadionların marketinq planlaması, infrastruktur və digər istiqamətlər üzrə mövzular müzakirə ediləcək.

Xəbərlər