Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Eskişeher Texniki Universitetinin professorları ASAPES-də olublar

Eskişeher Texniki Universitetinin professorları Metin Argan və Hayri Ertan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) olublar. Qonaqlar Elmi-Tədris Laboratoriyası və Multimedia Mərkəzi ilə tanışlıqdan sonra konfrans zalında Akademiyanın fəaliyyətindən bəhs edən filmi izləyiblər.

ASAPES-in Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə və İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov qonaqlarla keçirilən görüşdə ali təhsil ocaqları arasında ikitərəfli əlaqələrin artırılması, əməkdaşlıq imkanları və digər istiqamətlər üzrə müzakirələr aparıblar.

@eskisehirteknikuniv #ASAPES #İdmanAkademiyası #estü

Xəbərlər