Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES Xəbər Mərkəzi | 29.05.2022

“ASAPES Xəbər Mərkəzi”nin bu həftəlik buraxılışı da yeni məlumatlarla zəngindir. Akademiyamızda baş verən yeniliklər, tədbirlər və görüşlər növbəti xəbər blokunda yer alıb.

Xatırladaq ki, “ASAPES Xəbər Mərkəzi” Rüfət Nadirlinin təqdimatında yayımlanır:

- ASAPES-in basketbol komandası çempion olub;

- Futzal komandamız mövsümü bürünc medalla başa vurub;

- ASAPES-də ÜST nümayəndələri ilə görüş keçirilib;

- Həndbol üzrə seminar başa çatıb;

- SABAH qrupları tələbələrinin mükafatlandırma mərasimi keçirilib;

- Beynəlxalq qrossmeyster Rauf Məmmədov 30 taxtada ASAPES-in ixtisasçılarına qarşı oynayıb;

- Multimedia Mərkəzinin elan etdiyi tələffüz seçim turu başa çatıb;

- ASAPES əməkdaşları və tələbələri Doğu Akdeniz Universitetinə ezam olunublar;

- Azərbaycan-Türkiyə idman və gənclər sahəsində əməkdaşlığa dair İşçi Qrupu ilə ASAPES-də görüş olub.

Xəbərlər