Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Biz təbiəti sevirik

Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Akademiya tələbələrinin asudə vaxtlarının səmərəli təşkili üçün daha bir yeni tədbir baş tutub. Ətraf mühitə həssaslığı təşviq etmək məqsədilə keçirilən “Biz təbiəti sevirik” adlı tədbir Akademiya tələbələrinin böyük marağına səbəb olub.

ASAPES-in aktiv tələbələri ilkin olaraq nümunə quş evi ilə tanış olub, daha sonra onun əsasında bu cür evlərdən hazırlayaraq rəngləyiblər. Sonda hazırlanan quş evləri ilə birlikdə kollektiv şəkil çəkdirilib.

Xəbərlər