Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan-Türkiyə idman və gənclər sahəsində əməkdaşlığa dair İşçi Qrupu ilə ASAPES-də görüş olub

Bakıda səfərdə olan Azərbaycan-Türkiyə idman və gənclər sahəsində əməkdaşlığa dair İşçi Qrupu bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) qonaq olub. Akademiyanın fəaliyyəti ilə yaxından tanış olan qonaqlar Multimedia Mərkəzinə baxış keçirib, burada idman jurnalistikasının tədrisi və eləcə də, ASAPES-in media fəaliyyəti ilə tanış olublar.

Elmi-tədris laboratoriyasında idman tibbi sahəsində görülən işlərlə maraqlanıb, boskçuların reabilitasiyası prosesi prosesinə baxıblar. Sonra qonaqlar Akt zalında Akademiyanın fəaliyyətindən bəhs edən filmi izləyiblər.

Daha sonra Akademiya rəhbərliyi ilə İşçi Qrupun görüşü olub. Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Türkiyə gənclər və idman nazirliyinin nümayəndələri və işçi qrupun digər üzvlərinin iştirakı ilə keçən görüşdə rektor Fuad Hacyev qonaqları salamlayıb, rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti barədə məlumat verib.

İki ölkə arasında bədən tərbiyəsi və idmanın tədrisi sahəsində əməkdaşlıq imkanları, bakalavr və magistr proqramlarında mübadilə imkanları müzakirə edilib. Qonaqlara Akademiyanın nüfuzlu beynəlxalq universitetlərlə əməkdaşlıq etdiyini bildirən rektor F.Hacıyev təhsilin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verildiyini qeyd edib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər