Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES əməkdaşları və tələbələri Doğu Akdeniz Universitetinə ezam olunublar

24.05-29.05.2022-ci il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-tədris laboratoriyasının fiziki reabilitasiya üzrə aparıcı mütəxəssisi Hakim İbrahimov və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının məzunu, fiziki reabilitasiya üzrə mütəxəssis Alim Həsənov Avstriyanın ComplexCore+ qurumu ilə birgə təlim keçirmək üçün Şimalı Kipr Türk Respublikasına ezam olunublar. Təlimdə təcrübə toplamaq məqsədilə, təhsildə əldə etdikləri yüksək nəticələrə əsasən “İdman tibbi və menecment” fakültəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının III tədris ili 139A1-1 qrup tələbəsi Əli Bağırov və 139A1-2 qrup tələbəsi Aydan Hüseynova da ezamiyyəyə cəlb olunub.

Qeyd edək ki, ComplexCore+ qurumunun 3 səviyyəli təlimi Doğu Akdeniz Universitetində fizioterapistlərin, milli yığma məşqçilərinin, tələbələrin, fitnes məşqçilərinin və daha 130 nəfərin iştirakı ilə keçirilir.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər