Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Beynəlxalq qrosmeystr Rauf Məmmədov ASAPES-də 30 nəfərə qarşı oynayıb

28 may - Müstəqillik Günü ilə əlaqədar ASAPES-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə kişilər arasında 3 qat Avropa çempionu, beynəlxalq qrosmeystr Rauf Məmmədov 30 taxtada ASAPES-in şahmat ixtisasçıları ilə eynivaxtlı oyun seansı keçirib. Oyunlar başlamazdan əvvəl ASAPES-in rektoru Fuad Hacıyev yarış iştirakçılarını salamlayaraq müstəqillik tariximiz haqqında danışıb və iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə Akademiyanın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov, elmi katib, şahmat üzrə beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmov, Gənclər və İdman Nazirliyi və AŞF-nin nümayəndəsi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Akademiyanın idmanın oyun növləri kafedrasının müdiri, dosent İlqar Əliyev də iştirak edib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər