Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Futzal komandamız mövsümü bürünclə başa vurdu

Futzal üzrə Azərbaycan çempionatının I liqasında 2021-2022-ci illər mövsümü başa çatıb. Sonuncu turda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Standart” kollektivi ilə qarşılaşan komandamız oyunun sonuna 29 saniyə qalmış qapısında top görüb və qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Bununla da Akademiyamızın komandası liqanı 65 xalla 3-cü pillədə başa vurub. Bundan başqa, komandamızın baş məşqçisi Namiq Quliyev liqanın ən yaxşı baş məşqçisi seçilib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər