Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES XƏBƏR MƏRKƏZİ | 21.05.2022

“ASAPES Xəbər Mərkəzi”nin həftəlik yekun buraxılışı hazırlanıb. Multimedia Mərkəzinin istehsalı olan və Rüfət Nadirli tərəfindən təqdim edilən budəfəki xəbər blokunda aşağıda qeyd olunan tədbirlər, görüşlər və digər vacib məlumatlar yer alır:

- ASAPES-in tələbəsi Qazaxıstanda bürünc medal qazanıb;

- ASAPES-in əməkdaşlıq etdiyi UCL Universiteti Böyük Britaniyada ikinci olub;

- İdman Akademiyasında “Mediada smartfon dövrü” mövzusunda təlim keçirilib;

- Velosipedçilər Akademiyamızın Elmi-Tədris Laboratoriyasında müxtəlif testlərdən keçiblər;

- “Zirə” Futbol Klubunun baş məşqçisi Rəşad Sadıqov "Ustadla görüş" layihəsinin qonağı olub;

- Magistrantlarımız Lozanna Universitetində təcrübə keçiblər;

- ASAPES və Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universiteti arasında Memorandum imzalanıb;

- Daha bir anlaşma Memorandumu ASAPES və Litva İdman Universiteti arasında bağlanıb;

- ASAPES-də Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib;

- UEFA “C” kateqoriyalı məşqçilik kurslarını uğurla bitirən iştirakçılara lisenziyalar təqdim edilib.

Xəbərlər