Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri Nobel qardaşlarının ev-muzeyində olublar

Tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə aktiv tələbələrimiz Nobel qardaşlarının ev-muzeyində olublar. Ekskursiya ASAPES tələbələrinin asudə vaxtlarının səmərəli təşkili və dünyagörüşlərinin artırılması məqsədi ilə təşkil edilib.

Ev-muzeyin ziyarəti zamanı tələbələrə Nobel qardaşlarının Bakıya gəlişi, onların Azərbaycanın neft sənayesinə qoyduqları sərmayə haqqında ətraflı məlumat verilib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər