Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Hörmətli tələbələr və ASAPES-in əməkdaşları!

Türk Dünyası Rəqəmsal Vətəndaşlıq layihəsinin koordinatoru olaraq Sizi aşağıda qeyd olunanları hədəfləyən layihəyə qoşulmağa dəvət edirəm. Layihənin əsas məqsədi gənclərin bu sahələr üzrə uğur qazanmasına dəstək verməkdir:

1) Türk dünyasına dair idraki və emosional şüuru inkişaf etdirmək;

2) İdrak xəritələrini dəyişdirmək və çatışmazlıqları aradan qaldırmaq;

3) Onların oxşar cəhətlərindən xəbərdar olmaq;

4) Türk mədəniyyətinin ortaq və əsas dəyərlərinin qəbul olunmasını təmin etmək;

5) Əsas bacarıqları inkişaf etdirmək (komanda işi, liderlik və sairə);

6) Türk dünyası ilə bağlı mövcud problemlərin həlli yolları haqqında düşünməyə həvəsləndirmək;

7) Türk dünyası birliyinin formalaşması və gələcəyi ilə bağlı müzakirələrdə onların iştirakını təmin etmək.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər