Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“TİPx: Yay tətilinə dəyər qat” konfransı keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində 24 may tarixində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində növbəti “TİPx: Yay tətilinə dəyər qat” konfransı keçiriləcək.

- Konfransın gündəliyinə daxil olan məsələlər:

- Yay tətilini balanslı keçirməyin yolları

- Ünsiyyətin, sosiallaşmanın karyera planlamasına rolu

- Dil bacarıqlarını inkişaf etdirməyin üstünlükləri

- Potensial kadr bacarıqlarının inkişaf etdirilməsi

- Gənclər üçün yaradılan imkanlar

- Düzgün qidalanma, idmanın faydaları haqqında tövsiyələrin verilməsi

“Yay tətilinə dəyər qat” konfransının keçirilməsində məqsəd tələbələrin yay tətilini səmərəli keçirməsi, özünü inkişaf etdirməsi və karyera planlaması istiqamətində dəstək olmaqdan ibarətdir.

Qeyd edək ki, layihə çərçivəsində ADNSU-da keçirilən ilk “Gələcək sən” konfransı tələbələrin geniş marağına səbəb olub. 150-dən çox tələbənin toplandığı konfransda əmək bazarında tələbatlı peşələr, bu günün universitet təhsili, beynəlxalq layihələrdə iştirakın gənclərə faydası kimi mövzulara toxunulub.

 Konfransa müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr qatıla bilər. İştirak üçün onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

Qeydiyyat linki: shorturl.at/gyRW9

Xəbərlər