Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

"Ustadla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Mayın 19-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi çərçivəsində sabiq futbolçu, Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi, “Zirə” Futbol Klubunun baş məşqçisi Rəşad Sadıqovla görüş keçirilib.

Görüşdə “İdman oyun növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib. Rəşad Sadıqov görüş iştirakçılarına futbol idman növünün dərinliklərindən, idmana gəlişi və karyerasından, eləcə də qazandığı nailiyyətlər və uğura gedən yoldan bəhs edib.

Görüş tələbələrin sualları ilə davam edib. Sonda ən yaxşı sual müəllifi olan tələbəyə Rəşad Sadıqovun imzalı hədiyyəsi təqdim olunub.

#ASAPES #İdmanAkademiyası #Futbol #Sport #İdman

Xəbərlər