Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) akt zalında Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimovla tələbələr arasında görüş keçirilib.

ASAPES-in tədris hissəsinin müdiri Nazim Abbasov təhsil tələbə kreditinin üstünlüklərindən danışaraq tələbələrə bu fürsətdən yararlanmağı tövsiyə edib.

Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 saylı Fərmanı ilə təsis edilmiş TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə görüş işturakçılarına geniş məlumat verib.

Daha sonra tələbələrin sualları cavablandırılıb və geniş müzakirələr aparılıb.

#ASAPES #İdmanAkademiyası #TTK

Xəbərlər