Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES XƏBƏR MƏRKƏZİ | 01.05.2022

Multimedia Mərkəzinin istehsalı olan və Rüfət Nadirlinin təqdimatında yayımlanan "ASAPES Xəbər Mərkəzi"nin növbəti buraxılışını diqqətinizə çatdırırıq.

Bu dəfəki xəbərlərdə ASAPES-də təşkil edilən hakimlik kurslarından, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun akademik heyətinin ASAPES-də olmasından, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan SABAH qrupları tələbələrinin şahmat və dama yarışlarından, ASAPES tələbələri üçün "Sağlam həyat tərzinin təbliği" mövzusunda təlim keçirilməsindən və digər maraqlı hadisələrdən xəbərdar olacaqsınız.

Xəbərlər