Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Həndbolçu tələbələrimiz ən yaxşılar arasında

Martın 20-dən aprelin 30-dək Şağan Olimpiya İdman Kompleksində keçirilən həndbol üzrə kişilər və qadınlar arasında XXVIII Azərbaycan çempionatı ASAPES tələbələrinin uğurlu nəticələri ilə yadda qalıb. Belə ki, Akademiyamızın qadınlardan ibarət komandası uğurla çıxış edərək Azərbaycan çempionatını bürünc medalla başa vurub.

Ölkə çempionatında 4-cü olan kişilərdən ibarət komandamızın üzvü Röyal Əliyev yarışın ən yaxşı həndbolçusu seçilib. Qadın həndbolçular arasında isə ASAPES-in 3-cü kurs tələbəsi, çempion olmuş “Azəryol” komandasının üzvü Kamila Bayramova ən yaxşı oyunçu adına layiq görülüb.

#ASAPES #İdmanAkademiyası #Həndbol #Handball #Çempionat #Championship

Xəbərlər