Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Sağlam həyat tərzinin təbliği mövzusunda təlim keçirilib

Tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə ASAPES tələbələri üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri, həkim Nabil Seyidov tərəfindən “Sağlam həyat tərzinin təbliği” mövzusunda təlim keçirilib.

Tədbir zamanı zərərli vərdişlərin insan sağlamlığına vurduğu ziyan, düzgün qidalanmanın və yuxunun faydası, oturaq həyat tərzi və hərəkətsizliyin fəsadları, idmanın təbliği kimi mövzulara toxunulub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

#ASAPES #StudentAffairs #StudentLife

Xəbərlər