Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də kommunikasiyanın əhəmiyyətinə dair təlim keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) İdman tibbi və menecmenti fakültəsinin SABAH qrupları üçün “Düzgün kommunikasiyanın əhəmiyyəti və müasir trendlər” və “Uğurlu kommunikasiyanın qurulması: pozitiv kommunikasiya” mövzularında təlim keçirilib.

“Düzgün kommunikasiyanın əhəmiyyəti və müasir trendlər” mövzusunda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova tələbələr qarşısında çıxış edib. O, “Ünsiyyət bacarıqları”, “Ünsiyyət növləri”, “Sərbəst və səmərəli kommunikasiya qurma qabiliyyətinin inkişaf etdirilməsi”, “TƏBİB-in Kommunikasiya strategiyası”, “PR siyasətində müasir trendlər” mövzularına toxunub, şəxsi təcrübəsini bölüşüb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva “Uğurlu kommunikasiyanın qurulması: pozitiv kommunikasiya” mövzusunda çıxış edib.

Səidə Şəfiyeva tələbələrə media sahəsində effektiv kommunikasiyanın qurulması, karyeranın artırılmasında natiqliyin rolu, nitqin qurulması barədə danışıb. O, təlim iştirakçılarına ünsiyyətin tərəfləri, funksiyaları, kommunikasiya növləri, vasitələri haqqında ətraflı məlumat verib, ünsiyyət problemlərinin həllində səmərəli ünsiyyət texnikalarını və metodlarını diqqətə çatdırıb, həmçinin praktik çalışmalar tətbiq edib.

Media və ictimaiyyətlə əlaqələr dərsi çərçivəsində təqdim edilən təlim maraqlı simulyasiya və müzakirələrlə başa çatıb.

#ASAPES #İdmanAkademiyası #SABAH

Xəbərlər