Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

MGİMO Universitetinin akademik heyəti ASAPES-də olub

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında bu ilin fevral ayında imzalanmış anlaşma sazişi çərçivəsində aprelin 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında MGİMO Universitetinin akademik heyəti ilə “İdman menecmenti” magistr proqramı üzrə ikili diplom proqramının təşkilinə həsr olunmuş görüş keçirilib.

Görüşdə Akademiyanın rektoru Fuad Hacıyev və akademik heyət, MGİMO universitetinin prorektoru Artyom Malqin və Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin İnzibati hüquq kafedrasının müdiri Nikolay Peşin iştirak ediblər. Görüş zamanı “İdman menecmenti” magistratura proqramı üzrə tələbə mübadiləsi, elmi-tədris fəaliyyətinin birgə və səmərəli təşkili məsələləri müzakirə edilib.

MGİMO Universitetinin akademik heyətinə ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, Elmi-tədris laboratoriyası və Multimedia mərkəzinə baxış keçirilib və hər iki mərkəzin fəaliyyət istiqaməti barədə qonaqlara məlumat verilib.

#ASAPES #İdmanAkademiyası #MGİMO

Xəbərlər