Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES TGT fakültələr üzrə sədrlərin seçilməsi prosesinə start verilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) Tələbə Gənclər Təşkilatına fakültələr üzrə sədrlərin seçilməsi prosesinə start verilib.

İlkin olaraq, onlayn qeydiyyatdan keçmiş namizədlər müsahibə mərhələsinə dəvət ediliblər. Müsahibədə namizədlərə əsasən ictimai fəallıq, könüllülük fəaliyyəti, tələbələr üçün faydalı ola biləcək fəaliyyətlərlə bağlı təşəbbüskarlığı, həmçinin motivasiyanı qiymətləndirmək məqsədli suallar verilib.

Xəbərlər