Azerbaijan State Academy of Physical Education and Sport

Akademiyanın əməkdaşları “Dünya Gənclər Festivalı 2024”də iştirak edirlər

1-7 Mart tarixlərində Rusiyanın Soçi şəhərində keçirilən “Dünya Gənclər Festivalı 2024” tədbirində Akademiyanın Tələbə və könüllülərlə iş şöbəsinin əməkdaşı Nəzrin Ömərzadə, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İnarə Bağırova və Media Mərkəzinin əməkdaşı Toğrul Mahmudlı iştirak edirlər. Festival biznes, media, beynəlxalq əməkdaşlıq, mədəniyyət, elm, təhsil, könüllülük və xeyriyyəçilik, idman və ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərən gənc liderləri bir araya gətirib. “Dünya Gənclər Festivalı 2024” hamı üçün daha humanist və ədalətli gələcək arzulayan gəncləri birləşdirmək məqsədi ilə həyata keçirilir. 

News and Events