Azerbaijan State Academy of Physical Education and Sport

Paralimpiyaçılarımız ASAPES-in laboratoriyasında testlərdən keçib

Aprelin 9-u paralimpiyaçılarımız Vüqar Şirinli və Lamiyə Vəliyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasında funksional testlərdən keçiblər.

Funksional testlərin keçirilməsində əsas məqsəd idmançının fiziki, psixoloji hazılığının yoxlanılmasıdır. Bu məqsədlə idmançılarımız ilkin tibbi baxış, 3D antropometriya, bədənin xüsusi tərkibinin ölçülməsi, stabilometriya, əzələ fəaliyyətinin qiymətləndirilməsi, gövdə əzələlərinin stabilliyi testi, exokardioqrafiya, elektrokardioqrafiya, laktat test və psixoloji testlərdən keçiblər.

Qeyd edək ki, nəticələr əsasında zəif nöqtələr analiz edilir və ekspertlərimiz tərəfindən düzgün məşq, qidalanma və reabilitasiya üsulları tətbiq edilir.
İdmançılarımıza gələcək yarışlarda uğurlar arzulayırıq.

News and Events