Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES doktorantları “XXVI Respublika elmi konfransında” çıxış ediblər

17 noyabr tarixində Bakı Dövlət Universitetində Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransı” (NASCO XXVI) keçirilib.

Açılış mərasimində Elm və təhsil naziri Emin Əmrullayev, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev çıxış edərək konfransla bağlı öz fikirlərini bölüşüblər.

“Pedaqogika və psixologiya”, eləcə də “Tibb elmləri” üzrə bölmə iclaslarında Akademiyamızın pedaqogika və tibb elmləri üzrə fəlsəfə doktoru səviyyəsində təhsil alan tələbələri Lalə Şirinzadə, Zərifə Bayramova, Rauf Əliyev öz elmi məruzələri ilə çıxış edərək sertifikatla təltif olunublar.

#ASAPES #İdmanAkademiyası #PhD #Doktorantura

News and Events