Azerbaijan State Academy of Physical Education and Sport

YAP-ın Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Akademiyanın qonağı olub.

Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci il dönümü münasibətilə baş tutan görüşdə Akademiyanın Tədris işləri üzrə prorektoru Rafail Novruzov, sədr müavinləri Rəhim Xəlilov və Qabil Yusifov, Tələbə və könüllülərlə iş üzrə mütəxəssis Nəzrin Ömərzadə, mülki müdafiə fənn müəllimi, müharibə veteranı Qafur Hüseynov, futbolun nəzəriyyəsi və metodikası fənn müəllimi Arif Rizvanov və ASAPES-in tələbələri iştirak ediblər.

Qonaqlar Akademiyada tələbələr üçün yaradılan şərait və imkanlarla maraqlanaraq, kitabxana və Tələbə Mərkəzi (Youth Lab) ilə tanış olub.

Görüş əsnasında partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salınıb, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi mövzusunda tələbələrlə söhbət aparılıb.

#ASAPES #İdmanAkademiyası

News and Events