Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-in MGİMO ilə ikili diplom proqramı davam edir

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə magistratura təhsil səviyyəsi üzrə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr ixtisaslaşmasının I tədris ili magistrantlarına “Heyətin idarə edilməsi və liderlik” fənnini tədris etmək məqsədilə MGMİO-nun Odintsovo filialının “Ümumi və sosial psixologiya” kafedrasının dosenti, psixologiya üzrə elmlər namizədi, “Siyasi psixologiya və konfliktologiya” magistr proqramının direktoru Lobza Olqa Valeryevna Bakıda səfərdədir.

Ekspertin tələbələrlə görüşü zamanı “Heyətin idarə edilməsi və lidelik” fənninə dair bir çox mövzulardan bəhs edilərək, qarşılıqlı fikir mübadiləsi aparılıb.

#ASAPES #İdmanAkademiyası

News and Events