Azerbaijan State Academy of Physical Education and Sport

Çexiyanın Karlov Universiteti ilə ASAPES arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

Çexiyanın Karlov Universitetinin “Bədən Tərbiyəsi və İdman” fakültəsinin dekanı doc. PhDr. Miroslav Petr ilə ASAPES-in rektoru Fuad Hacıyev arasında Fizioterapiya ixtisası üzrə birgə bakalavr və magistr proqramlarının hazırlanması haqda əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, qeyd olunan sahədə tədris proqramları uyğunlaşdırılacaq və çexiyalı professorlar tədris prosesinə cəlb olunacaqlar. Müqavilədə həmçinin akademik və tələbə heyətinin mübadiləsi və təcrübə proqramının təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, ASAPES nümayəndə heyəti 13-16 noyabr tarixlərində Praqaya səfər çərçivəsində “Bədən Tərbiyəsi və İdman” fakultəsinin Fizioterapiya ixtisasının koordinatoru Tereza Novakova, Məşqçilik ixtisasının professorları Peter Stastny və Jakub Kokstejn, dekan müavini Aleş Vilk, Gsport Proqramının koordinatoru Zdenek Ledvina ilə görüşlər keçirib, fizioterapiya ilə yanaşı məşqçilik və ümumi fiziki hazırlıq üzrə proqramların təkmilləşdirilməsini, birgə elmi-tədqiqatların aparılmasını və müəllim mübadiləsinin həyata keçirilməsini də müzakirə ediblər.

#ASAPES #İdmanAkademiyası

News and Events