Azerbaijan State Academy of Physical Education and Sport

Cüdoçu tələbələrimiz arasında “Zəfər Günü”nə həsr olunmuş yarış keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş zalında 15 noyabr 2023-cü il tarixində “Zəfər Günü”nə həsr olunmuş cüdo yarışı keçirilib.

Yarış öncəsi ölkəmizin ərazi bütövlüyü uğurunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov, Tədrisin təşkili üzrə prorektor Rafail Novruzov, Elmi İnnovasiyalar Mərkəzinin direktoru Bəxtiyar Rüstəmov, Məşqçilik fakültəsinin dekanı Yusif Quliyev, İdmanın təkmübarizlik növləri kafedrasının müdiri Qalib Əbiyev “Zəfər günü”nün xalqımız üçün çox əhəmiyyətli bir şanlı tarix olduğunu, 44 günlük müharibədə qazanılan zəfərdə gənclərin milli ruhu, qələbə əzminin yüksəkliyindən söhbət açaraq, Akademiyamızda bu kimi tədbirlərin keçirilməsinin mütəmadi xarakter aldığını yarış iştirakçılarının diqqətinə çatdırıblar.

Açılış mərasimindən sonra cüdoçu tələbələrin təsnifat görüşlərinə start verilib.

#ASAPES #İdmanAkademiyası

News and Events