Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Akademiyanın rəhbərliyinin, elmi-pedaqoji heyətin, tələbələrin və Vətən müharibəsi qazilərinin iştirakı ilə baş tutan Zəfər tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra akademiyanın 44 günlük Vətən müharibəsi dövründəki və müharibənin nəticələrinin aradan qaldırılmasındakı fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev artıq keçmişdə qalan Qarabağ münaqişəsinin yaranması tarixinə ekskurs edərək, bugünkü qələbənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində əldə olunduğunu diqqətə çatdırıb. Vətən müharibəsi qaziləri də 8 noyabr Zəfər Günü ilə bağlı öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

#ASAPES #İdmanAkademiyası #ZəfərGünü

News and Events