Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də Zəfər Günü ilə bağlı dəyirmi masa keçirilib

Elmi innovasiyalar mərkəzinin təşkilatçılığı ilə Akademiyanın Heydər Əliyev mərkəzində 8 noyabr - Zəfər Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub. Akademiya rəhbərliyinin, professor-müəllim heyətinin, qazilərin və tələbələrin iştirak etdiyi tədbirdə öncə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru professor Bəxtiyar Rüstəmov və tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov çıxış edərək, böyük qələbənin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin müzəffər ordumuza olan böyük inamı sayəsində qazanıldığını vurğulayıblar.

Akademiyanın məzunları olan qazilərimiz Araz Bağışov və Əli Cəfərov böyük qürur hissi ilə 44 günlük müharibədə iştiraklarından söz açaraq öz xatirələrini bölüşüb, tələbələrin suallarını cavablandırıblar.

#ASAPES #İdmanAkademiyası #ZəfərGünü

News and Events