Azerbaijan State Academy of Physical Education and Sport

Komandamıza ADBTİA tədbirlərini işıqlandıracaq, yaradıcı və peşəkar fotoqraf axtarışındayıq!

Komandamıza Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədbirlərini işıqlandıracaq, yaradıcı və peşəkar fotoqraf axtarışındayıq!

Əsas vəzifə öhdəliyi akademiyanın sosial şəbəkələrdəki hesablarında və web  səhifəsində istifadə edilməsi üçün foto çəkilişlər həyata keçirmək, fotoları çapa və yayımlanmağa hazırlamaqdan ibarət olacaq.
 
Əgər müvafiq sahədə 2 il təcrübəniz varsa, Photoshop proqramında işləməyi bacarırsınızsa, ali və ya texniki peşə təhsiliniz (dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə təhsil arzuolunandır) varsa, komandada işləməyi bacarırsınızsa, məsuliyyətli və dəqiqsinizsə, mövzu hissəsində “Fotoqraf” yazmaqla, öz CV-nizi HR@sport.edu.az ünvanına göndərə bilərsiniz. 

İş şərtləri
•    Həftə içi 5 gün: 09:00 – 18:00-dək , (nahar vaxtı saat 13:00-14:00).
•    Əmək haqqı – Müsahibə əsasında
•    Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Son müraciət tarixi: 14.11.2023 

News and Events