Azerbaijan State Academy of Physical Education and Sport

“İdmanda nutrisiologiya” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasında Böyük Britaniyanın “Mançester Yunayted” Futbol Klubunun qidalanma üzrə məsləhətçisi, nutrisioloq Mark Ellison tərəfindən “İdmanda nutrisiologiya” mövzusunda təlim keçirilib. Təlimdə Akademiyanın Elmi-tədris laboratoriyasının və Tibbi-bioloji elmlər kafedrasının əməkdaşları ilə yanaşı, dietoloqlar, tibb işçiləri və məşqçilər də iştirak edib.

Təlim zamanı nutrisiologiyanın əsasları, qidalanmanın məşqə uyğunluğu, əlavə qidalar, idmançıların sağlamlıq və immunitet göstəriciləri, onların zədə zamanı davranışları, orqanizmin su balansına nəzarət, çəkinin idarə olunması və azaldılması üsulları kimi məsələlərə geniş yer ayrılıb. Həmçinin, gələcəkdə Akademiyada idmanda nutrisiologiya üzrə tədrisin təşkil olunması ilə bağlı müzakirələr də aparılıb.

#ASAPES #IdmanAkademiyası

News and Events