Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də “Əlilliyin dərki, etiket danışıq və davranış qaydaları” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və "İnkişaf naminə idman" İctimai Birliyinin tərəfdaş təşkilatlarla birgə həyata keçirdiyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə" çərçivəsində işçi heyəti, müəllim və könüllülərin iştirakı ilə beynəlxalq mütəxəssislər tərəfindən “Əlilliyin dərki, etiket danışıq və davranış qaydaları” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi iştirakçıların müəssərlik sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

Layihənin meneceri, Azərbaycan Milli Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti Natiq Qasımov keçirilən təlimin məqsədi və önəmi haqqında iştirakçılara geniş məlumat verib. Sonra müəssərlik üzrə müstəqil beynəlxalq ekspert Kamal Məmmədov və müəssərlik üzrə beynəlxalq ekspert , Milli Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi Qoşqar Əkbərov mövzu barəsində təqdimatla çıxış edərək iştirakçıların suallarını cavablandırıblar.

#ASAPES #İdmanAkademiyası

News and Events