Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib

ASAPES-də Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib

Akademiyanın Elmi innovasiyalar mərkəzində Tədrisin təşkili üzrə prorektor Rafail Novruzov, elmi katib, Elmi innovasiyalar mərkəzinin direktoru, professor Bəxtiyar Rüstəmov, professor-müəllim və inzibati heyətin, həmçinin tələbələrin iştirakı ilə Xocalı faciəsinin qurbanları yad edilib, eyni zamanda 44 günlük Vətən Müharibəsindən sonra Xocalı şəhərinin azad edilməsi və yenidənqurma tədbirləri ilə bağlı müzakirələr aparılıb.

Digər bir tədbir isə ASAPES-in Heydər Əliyev mərkəzində təşkil olunub. Tədbir zamanı Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Daha sonra tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov faciənin tarixi barədə ətraflı məlumat verib, tədbirin qonağı, faciənin canlı şahidi Xalidə Mirzəyeva isə öz acı xatirələrini iştirakçılar ilə bölüşüb.

Sonda faciəyə həsr olunmuş kitablar və foto sərgi iştirakçılara təqdim edilib, tələbələrlə müzakirələr aparılıb.

News and Events