Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES Erasmus+ mübadilə proqramı çərçivəsində Litva İdman Universitetinə müraciətlərin qəbulunu açıq elan edir

Əziz tələbələr,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2024/25-ci tədris ilinin payız semestri üçün Erasmus+ mübadilə proqramı çərçivəsində Litva İdman Universitetinə qəbul prosesinə başlayır.
Qeyd edək ki, mübadilə proqramına qatılan tələbənin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində ödəniləcək.

Proqramda iştirak etmək üçün tələb olunan şərtlər aşağıdakılardır:

Kimlər müraciət edə bilər:

- Hal-hazırda I və ya II kursda təhsil alan “Məşqçilik” və “İdman menecmenti və kommunikasiya” ixtisaslarının bakalavr tələbələri
- ÜOMG-i 81/100 bal aralığında olan tələbələr.

Müraciət zamanı lazım olan sənədlər:
- CV
- Motivasiya məktubu  
- ÜOMG-ni təsdiq edən transkript sənədi
- Minimum B2 səviyyəsində ingilis dili (beynəlxalq sertifikatı olanlara üstünlük veriləcək)

Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədlərini göstərilən ardıcıllıqla mövzu yerində "Lithuanian Sports University Mobility" yazaraq 05.05.2024-cü il tarixinədək (son müraciət tarixi) ADBTİA-nın Beynəlxalq əlaqələr şöbəsinin international@sport.edu.az elektron ünvanına tək məktub formasında göndərməklə təqdim edə bilər. 

Müvafiq sənədləri uyğun olan namizədlər ikinci mərhələdə müsahibəyə dəvət olunacaq. Nəzərinizə çatdıraq ki, müraciət etmiş tələbələr arasından yalnız 1 tələbə seçiləcək, 1 tələbə isə ehtiyatda saxlanılacaq. 

Litva İdman Universiteti haqqında əlavə məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz. 

https://www.lsu.lt/en/ 

News and Events