Təkrar (ikinci) ali təhsil almaq istəyənlərin nəzərinə
AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASINDA
Təkrar (ikinci) ali təhsil almaq istəyənlərin nəzərinə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2022/2023-cü tədris ilinə bakalavriat təhsil səviyyəsində aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:
- Məşqçilik (əyani, qiyabi);
- İdman menecmenti və kommunikasiya (əyani);
- Bədən tərbiyəsi və idmanda reabilitasiya (əyani);
Sənədlərin qəbulu 01-22 avqust 2022-ci il tarixlərdə həftənin I-V günləri saat 10:00-dan 15:00-dək əsas binada vətəndaşların qəbulu şöbəsində aparılır.
Tələb olunan sənədlərin siyahısı:
- Rektorun adına ərizə;
- Diplom və diploma əlavənin notarial qaydada təsdiq olunmuş surəti;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Hərbi bilet (oğlanlar üçün);
- Sağlamlıq haqqında tibbi arayış;
- 3x4 ölçüdə fotoşəkil (4 ədəd);
- Əmək kitabçasından çıxarış (qiyabi təhsilalma forması üçün ixtisas üzrə ən azı 1 il əmək stajının olması tələb olunur);
2022/2023-cü tədris ilində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təkrar (ikinci) ali təhsil üçün müraciət edən şəxslərin müsahibəsi 29 avqust 2022-ci il tarixdə saat 1100 Akademiyanın Konfrans zalında (2-ci mərtəbə otaq 226) keçiriləcəkdir.
Əlaqə nömrələri: (012) 564-29-66;
(012) 564-33-75;
(012) 564-89-77