Professor-müəllim heyətinin elmi-praktiki konfransı
3-4 iyul 2018-ci il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında « MÜASİR DÖVRDƏ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANIN İNKİŞAF PERSPEKTİVLƏRİ» mövzusunda professor-müəllim heyətinin elmi-praktiki konfransı keçirilmişdir. Konfransda 3 bölmə üzrə, 25 professor-müəllimin təqdimatı dinlənildı.
Konfransın məqsədi:
Bədən tərbiyəsi və idman sahəsində yenilikləri aşkarlamaq, aktual problemlərin həlli yollarını müəyyənləşdirmək, elmi baxışları, yanaşmaları və metodları formalaşdırmaq.
Konfransın elmi istiqamətləri
Bölmə 1. Bədən Tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması
Bölmə 2. Yüksək dərəcəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi
Bölmə 3. Bədən Tərbiyəsi və idmanın idarə edilməsi və sosial–iqtisadi aspektləri