Azerbaijan State Academy of Physical Education and Sport

Müasir standartlara cavab verən yeni üzgüçülük hovuzunun açılışı oldu

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, ADBTİA-nın rektoru Fuad Hacıyev və Akademiyanın əməkdaşları iştirak ediblər.

Gənclər və İdman Naziri Fərid Qayıbov üzgüçülük hovuzuna baxış zamanı buradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb və müvafiq tövsiyələr verib. Fərid Qayıbov həmçinin bildirib ki, hovuz akademiyada üzgüçülük dərslərinin tədrisində effektivliyin artırılmasında mühüm rol oynayacaq.

Tədbir zamanı akademiya tələbələri maraqlı çıxışlar edib və su polosu üzrə milli komandanın üzvləri arasında mini yarış təşkil olunub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev deyib. Tədris müəssisəsi üçün əlamətdar gündür: “Çünki biz Heydər Əliyevin 100 illik yubiley tədbirləri ilə bağlı ADBTİA-nın üzgüçülük hovuzunu yenidən qurduq və üzgüçülük tədris korpusunun əsaslı təmirini həyata keçirdik. Əsas məsələ odur ki, burda su idman növlərinin bir neçəsi – üzgüçülük, suya tullanma, sinxron üzgüçülük, su polosu və suyun dərinliyinə baş vurma üzrə həm tədris, həm təlim-məşq toplanışları, həm də yarışlar keçiriləcək.
Tələbələrimiz bu hovuzun imkanlarından maksimum yararlanmaq və bir mütəxəssis kimi yetişmək imkanları olacaq. Üzgüçülük hovuzunda “Nəinki bizim tələbələri, üzgüçülüklə məşğul olanları, uşaqdan-böyüyə kimi hamını üzgüçülük hovuzunun imkanlarından maksimum istifadə etməyə çağırırıq”. Gördüyünüz kimi, üzgüçülük hovuzu çoxfunksiyalıdır, müvafiq avadanlıqlarla təchiz olunub və müasir standartlara cavab verir”.

Üzgüçülük hovuzunun həyət sahəsi daxil olmaqla uzunluğu 49 m, eni 39 m, ümümi ərazisi 1900 m2-dır. Akademiyanın Üzgüçülük hovuzu son 10 ildə yarasız vəziyyətdə idi. Bununla əlaqədar layihə-smeta sənədləri hazırlanmış, müvafiq ekspertiza, qiymətqoyma və tender prosedurlarını keçirildikdən sonra oktyabr 2022-ci ildə söküntü işlərinə başlanılmış, yanvar 2023-cü ildən isə tikinti-quraşdırma işlərinə start verilmiş və tikinti qrafikinə uygun olaraq 2023-cü ilin sentyabr ayına tamamlanmışdır.
Hovuz binasının uzunluğu 31 m, eni 21 m, hündürlüyü isə 10.5 m, sahəsi isə 651.00 m2-dır. Üzgüçülük hovuzunun eni 16 m, uzunluğu 25 m, sahəsi 400 m2, (o cümlədən suya tullanma hissəsində 10x16x4,5 m, dayaz hissəsində 10x16x1.8 həmçinin maillilik 5 m ), su tutumu 1260 m2 təşkil edir. Həmçinin hovuz “Beynəlxalq Üzgüçülük Federasiyası (FINA)”-nın standartlarına uyğun Amerikanın “DURAFLEX” firmasının istehsalı olan 1 m və 3 m tullanma platformaları, 6 ədəd start tullanma podyumları, “Water polo” idman oyun növü üçün 2 ədəd qapı, elektron məlumat monitoru, HD çəkilişlərin aparılması üçün 1200 LUX xüsusi işıqlandırma projektorları, 2 ədəd robot süpürgə, yükək tezliklərə malik səs dinamikləri, səs gücləndiricilər və su altı səs sistemilə təchiz olunmuşdur. Həmçinin hovuzda hava axının sabit saxlanılması üçün standartlara cavab verən havalandırma və kondensasiyaya qarşı nəm alma avadanlığı quraşdırılmışdır.
Hovuzda 16 m və 25 m məsafələrdə üzgüçülük, voterbol, sinxron üzgüçülük, suya tullanma, suyun dərinliyinə baş vurma ( dalğıc dərsləri) dərsləri tədris oluna bilər.

Tədris binası ümumi sahəsi 550 m2-dır . Binada 2 inzibati otaq, 2 dərs auditoriyası, 2 ədəd soyunub –geyinmə otaqları, 6 və 5 nəfərlik olmaqla 2 ədəd duş otaqları, 4 ədəd sanitaq qovşaqlar əsaslı təmir edilmiş və aidiyyatı üzrə mebel, proyektorlar, notbuklar və digər avadanlıqlar ilə təmin edilmişdir. Həmçinin binanın girişində giriş-çıxışların təhlükəsizliyinə nəzarət etmək üçün elektron turniket, mühafizə və kamera nəzarət sistemi quraşdırılmışdır. Yeni tibb məntəqəsi,kafe yaradılmış və avadanlıqlar ilə təmin edilmişdir. Əlavə olaraq avadanlıqarın təhlükəsiz və keyfiyyətli saxlanılması üçün yeni anbar inşa edilmişdir.
Sahəsi 60 m2 olan Qazaxnaxana binası tam sökülərək yenidən inşa edilmişdir. Qazanxana Almaniyanın “Buderus” firmasının istehsalı olan 7 ədəd divar tipli qazan, Almaniyanın “Willo” firmasının istehsalı olan dövr edici nasoslar, 1000 lt həcmə malik Türkiyənin “Apamet Elit” firmasının istehsalı olan boyler ilə təchiz olunmuşdur. Həmçinin əlavə 10 m3 həcmə malik ehtiyyat su çəni quraşdırılmışdır. Nasosxana və filtirasiya sistemi tamamilə yenilərək yeni nasoslar və xloratorlar quraşdırılmışdır. Bunlardan əlavə hovuz kompleksinin enerji təminatının fasiləsiz və keyfiyyətli iş rejmininin təmin olunması məqsədilə 300 kVa çevirmə gücünə malik generator və 400 kVa stabilizator quraşdırılmışdır. Həmçinin həyətyanı sahəsinin 470 m2 hissəsinə asfalt örtük çəkilərək yaşıllaşdlırma və abadlıq işləri aparılmışdır.
Üzgüçülük hovuzunun yenidənqurma işləri Akademiyanın təhsil haqqından formalaşan büdcədənkənar vəsaitlərinin qənaəti hesabına maliyyələşmişdir.

News and Events