Azerbaijan State Academy of Physical Education and Sport

İdman Akademiyasında "Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq qabiliyyət imtahanları keciriləcək

6-10 iyun tarixlərində 10.00-13.00 və 17.00-19.00 saatlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bədən tərbiyəsi və idman" ixtisası üzrə bu təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün sınaq qabiliyyət imtahanları kecirilmişdir.

Bu barədə Movqe.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında baş tutub. Qeyd edək ki, sınaq imtahanları abituriyentlər üçün ödənişsizdir.

Sınaq imtahanları zamanı abituriyentlər Akademiyanın atletika və gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyələr, məsləhətlər alıblar.

News and Events