Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-in doktorant və gənc tədqiqatçıları üçün tədris prosesinə növbəti əcnəbi mütəxəssis cəlb olunub

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Pedaqoji mədəniyyət və təhsildə idarəetmə kafedrasının professoru, pedaqogika üzrə elmlər doktoru Voyevoda Yelena Vladimirovna ASAPES-in qonağı olub.
O, doktorantura təhsili səviyyəsində “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası” ixtisası üzrə tədqiqat aparan tələbələr ilə görüşüb.
Görüşdə idman sahəsində elmi tədqiqat metodları və elmi məqalə üzərində iş mövzusunda kurs keçirilib. Burada elmi tədqiqat metodologiyasının təsnifatı, nəzəri və digər üsulları müzakirə olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.

News and Events