Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-in müəllimi Aynur Abdullayeva SABAH qrupu tələbələrinə seminar keçib

ASAPES-in Sosial elmlər kafedrasının müəllimi, pedaqoq, təlimçi Aynur Abdullayeva SABAH qrupu tələbələrinə “İnklüzivlik - yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” mövzusunda seminar keçib.

Seminar zamanı uşaqlarda təhsil imkanlarını məhdudlaşdıran məsələlər müzakirə olunub. İnklüziv təhsilin tətbiq olunmasının önəmi, necə həyata keçirilməli olduğu ilə bağlı təqdimat göstərilib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

#ASAPES #İdmanAkademiyası #ASAPESABAH #Students #Tələbələr

News and Events