Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də xarici mütəxəssislərin tədrisə cəlb olunması davam edir

Rusiyalı mütəxəssis Roman Olxovskiy Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan İdman menecmenti ixtisası üzrə təhsil alan magistrantlara “Beynəlxalq idman tədbirlərinin təşkil edilməsi” fənnini tədris etmək üçün Bakıya gəlib.

Modulun tədrisi zamanı bədən tərbiyəsi və idmanın cəmiyyətdə tarixi rolu, idman sosial dəyişiklik amili kimi, ərazilərin sosial-iqtisadi inkişafında idmanın rolu, idman nümayəndə heyətləri və qonaqlar, kadr, dopinq nəzarəti, naviqasiya, akkreditasiya - vahid sistem layihəsi və s. kimi mövzulardan bəhs edilib.

Qeyd edək ki, Roman Olxovskiy Sankt-Peterburq Politexnik Universitetinin Bədən Tərbiyəsi, İdman və Turizm İnstitutunun dosenti, Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və İdarəetmə İnstitutunun müəllimi, sosiologiya üzrə elmlər namizədidir.

#ASAPES #İdmanAkademiyası #MGİMO #Students #Tələbələr #İdman #Sport #Master #Lesson #Dərs

News and Events