Azerbaijan State Academy of Physical Education and Sport

Qan bağışlayaraq, həyat xilas edək!

Dekabrın 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ASAPES və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə professor-müəllim heyəti, tələbə və inzibati işçilərin ənənəvi qanvermə aksiyası keçirilib.

Hər il təşkil edilən aksiyanın əsas məqsədi tələbələr arasında humanist ideyaları gücləndirmək, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü şəkildə qan vermək, talassemiyanın yayılmasının qarşısını almaq üçün düzgün marifləndirmə aparmaq, eləcə də qan donorluğunu insanlar və gənclər arasında artırmaqdır.

Qeyd edək ki, aksiya çərçivəsində donorlar həkim-hemotoloqlar tərəfindən yoxlanışdan keçirildikdən sonra qan veriblər. Yığılan qan ehtiyatı talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə xüsusi tibb briqadasına təhvil verilib.

#ASAPES #İdmanAkademiyası #qanverməaksiyası #qanvermə #talassemiyasızhəyatnaminə #mərkəziqanbankı #health #qanveryaşat

News and Events