Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də xarici ekspertlərin dərsləri davam edir

Fransanın Amos Biznes məktəbinin (Amos Business School) professoru, İngiltərənin Salford Universitetinin (University of Salford) və Şərqi London Universitetinin (University of East London) imtahan eksperti, eyni zamanda menecment konsultantı olaraq fəaliyyət göstərən Nevil Mark Klements (Neville Mark Clements) hazırda akademiyanın tədrisi ingilis dilində aparılan “İdman Menecmenti” ixtisaslaşmasının II tədris ili tələbələrinə “İdman iqtisadiyyatı” fənnini tədris edir.

Xarici ekspert tədris prosesi zamanı magistrantlarımıza idman tədbirlərinin müxtəlif iqtisadi aspektlərinin qiymətləndirilməsi, idman hadisələrinin ölkə iqtisadiyyatına təsiri və töhfələrindən bəhs edib.

#ASAPES #İdmanAkademiyası #Master #SportManagement #İdmanMenecmenti #Lesson

News and Events